Kürdəmirdə canavarların daha bir kəndə hücumu baş verib FOTO

15-12-2025, 12:18           
Kürdəmirdə canavarların daha bir kəndə hücumu baş verib FOTO
Kürdəmirdə canavarlar təsərrüfata hücum edib, xırdabuynuzlu heyvanlar tələf olub.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Ərşəli kəndində qeydə alınıb.

Belə ki, yırtıcılar kənd sakini Nofəl Mirzəağa oğlu Qurbanovun təsərrüfatına hücum çəkib. Nəticədə fermerə məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub, 5 baş heyvan isə yaralanıb.

N.Qurbanovun sözlərinə görə, yırtıcılar onun təsərrüfatına ümumilikdə 8 min manata yaxın maddi ziyan vurublar.

Xatırladaq ki, canavarlar bir necə gün öncə də rayonun Çöl Qubalı və Sığırlı kəndlərinin də təsərrüfatlarına hücum edib və fermerlərə 10 min manata yaxın maddi ziyan vurublar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]