ABŞ ordusu Sakit okeanda gəmiyə zərbələr endirdi: Dörd nəfər öldürüldü
18-12-2025, 11:28
ABŞ ordusu narkotik qaçaqmalçılığı ilə mübarizə çərçivəsində keçirdiyi əməliyyat zamanı Sakit okeanın şərq hissəsində gəmiyə zərbələr endirib və nəticədə dörd nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
"Kəşfiyyat məlumatlarına əsasən, gəmi Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrut üzrə hərəkət edib. Əməliyyat zamanı dörd nəfər narkotik qaçaqmalçısı öldürülüb", - deyə məlumatda bildirilib.