Belçikada muzeydən Napoleona məxsus üzük oğurlanıb
20-12-2025, 10:24
Belçikanın Jenap kommunasında yerləşən Son Qərargah Muzeyində Napoleon Bonaparta məxsus üzük naməlum şəxslər tərəfindən oğurlanıb.
APA xəbər verir ki, bu barədə "RTBF" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə dekabrın 17-dən 18-nə keçən gecə baş verib. Oğurlanan eksponatlar arasında birbaşa Napoleona məxsus olduğu bildirilən almaz qaşlı qızıl üzük, eləcə də Napoleon dövrünə aid qızıl və gümüş sikkələr yer alıb.