"Moğollar" qrupunun üzvü, məşhur türkiyəli sənətçi Cahit Berkay İstanbulun Esenyurt rayonunda avtomobili ilə restorana çırpılıb. İHA xəbər verir.
Məlumata görə, sənətçi öz avtomobili ilə hərəkət edərkən qəfildən idarəetməni itirib və yol kənarındakı restorana çırpılıb. Cahit Berkay qəzadan yüngül xəsarətlərlə xilas olub və müayinə üçün xəstəxanaya aparılıb.