Filippində Yeni il gecəsi uşaqlara qumbara atıldı - 20-dən çox yaralı var

2-01-2026, 09:24           
Filippində Yeni il gecəsi uşaqlara qumbara atıldı - 20-dən çox yaralı var
Filippinin cənubundakı Kotabato əyalətində Yeni il şənlikləri zamanı qumbara partlaması nəticəsində ən azı 22 nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə "GMA News" telekanalı yerli polisə istinadla məlumat yayıb.

"Kotabato əyalətinin Matalam bələdiyyəsində Yeni il şənlikləri zamanı motosikletdə olan şübhəlilər tərəfindən atılan qumbaranın partlaması nəticəsində ən azı 22 nəfər yaralanıb", - məlumatda qeyd edilib.

Yaralıların əksəriyyəti uşaqlardır və hamısı hazırda xəstəxanadadır.

Kanal bildirir ki, iki şübhəli motosikletlə izdihama tərəf gedərək qumbara atıb. Polis onların kimliyini müəyyən etsə də, cinayətin səbəbini hələ açıqlamayıb. İstintaq davam edir. Məlumata görə, əyalət hakimiyyəti hadisəni pisləyib və günahkarları məsuliyyətə cəlb edəcəyinə söz verib.

Daha əvvəl Filippinin İlokos Sur əyalətindən olan və Milad gecəsi baş verən böyük yanğında demək olar ki, bütün əşyalarını itirən bir ailə yanğından yalnız bir Müqəddəs Kitabın sağ qaldığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]