Praqa aeroportunda qalmaqal Bir kişi yoxlamadan keçmədən təyyarəyə daxil olmağa cəhd etdi...

6-01-2026, 09:38           
Praqa aeroportunda qalmaqal
Bu gün Praqadan Bakıya gələn sərnişinlər həyəcanlı anlar yaşayıblar.

AFN.az xəbər verir ki, bu barədə Çexiyada yaşayan azərbaycanlı hüquq müdafiəçisi Mətanət Əzizova sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Praqa aeroportunda, Praqa–Bakı (AZAL) reysinin gözləmə zalından bir kişi yoxlamadan keçmədən, qanunsuz trapa daxil olaraq təyyarə tərəfə getməyə çalışıb.

M.Əzizovanın sözlərinə görə, həmin şəxsin məqsədi sərnişinlərdən əvvəl təyyarəyə daxil olmaq olub: "Hay-küy düşdü, cinayətkar heç kəsə tabe olmurdu. Onu dayandırmaq üçün 30 dəqiqə ərzində aeroportun təhlükəsizlik xidməti, çox sayda polis, 10-a yaxın qara maskalılar cəlb olundu, sonra itlər, xususi qurğular və s. Əsl holivud filmlərdəki kimi".

Uzun mübarizədən sonra həmin şəxs saxlanaraq həbs edilib.

Hüquq müdafiəçisi qeyd edib ki, cinayətkarın qarşısına ən birinci AZAL-ın bələdçisi çıxıb: "Baxmayaraq ki ona qarşı ciddi fiziki güc tətbiq edilirdi, əməlli-başlı qaydasız döyüş getdi aralarına, amma polis gələnə qədər o cavan oğlan cinayətkara imkan vermədi təyarəyə girsin".

M.Əzizova qeyd edib ki, bunu yazmaqda məqsədi AZAL-dan həmin reysdə işləyən hər kəsin mükafatlandərılmasını xahiş etməkdir: "Əsas da o qarabuğdayı qəhrəmanımızı".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]