ABŞ Silahlı Qüvvələri daha bir tankeri saxlayıb

8-01-2026, 11:14           
ABŞ Silahlı Qüvvələri daha bir tankeri saxlayıb
ABŞ ordusunun Cənub Komandanlığı Karib sularında "Sophia" adlı daha bir tankerin ələ keçirildiyi barədə məlumat verib.

Demokrat.az xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki məlumatda bildirilir.

"Bu gün səhər əməliyyat zamanı ABŞ Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik Nazirliyi ilə koordinasiyada kölgə donanmasının sanksiyalara məruz qalan tankerini saxlayıb", - paylaşımda qeyd olunur.

Komandanlığın məlumatına görə, ələ keçirilən "Sophia" gəmisi Karib dənizində qanunsuz fəaliyyət göstərib və heç bir dövlətə mənsub olmayıb.

"Sahil Mühafizəsi yekun qərarın qəbul edilməsi üçün "Sophia" tankerini ABŞ-yə müşayiət edir", - məlumatda deyilir.

Xatırladaq ki, ABŞ bu gün İslandiya yaxınlığında Rusiyanın "Marinera" adlı tankerini ələ keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]