Polisə hücum: cinayətkar belə zərərsizləşdirildi - Şok görüntü

24-08-2018, 12:21           
Polisə hücum: cinayətkar belə zərərsizləşdirildi - Şok görüntü
Moskvanın mərkəzində polislərə edilən hücum anının əks olunduğu kadrları yayımlanıb.

Teleqraf.com Oxu.Az-a istinadən xəbər verir ki, görüntülər “YouTube”da yerləşdirilib.

Məlumatlara görə, insident Sivtsev Vrajek küçəsində, Rusiya Xarici İşlər Nazirliyinin binasının yaxınlığında baş verib. 31 yaşlı Kabarda-Balkar əsilli Renat Kunaşyev diplomatik nümayəndəliklərin mühafizəçilərinə atəş açıb. Hadisə zamanı polislərdən biri ayağından yaralanıb.

Cinayətkar insident zamanı ağır yaralı halda ələ keçib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hücumun səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru