Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava

29-08-2018, 12:47           
Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılar, ermənilər, çeçenlər və gürcülərin iştirakı ilə kütləvi qarşıdurma qeydə alınıb. FaktXəbər bildirir ki, bu barədə "Moskva" agentliyi məlumat yayıb.

Məlumata görə, kütləvi qarşıdurmaya səbəb Bulatnikovsk küçəsində baş verən yol qəzası olub.

Yerli polis kütləvi davanın qeydə alındığı ərazidən bir neçə çəkic, 13 travmatik tapança gilizi, iki bıçaq və armatur parçası aşkarlayıb.

Qarşıdurmada iştirak edənlərdən 8 Azərbaycan vətəndaşı, 7 erməni, iki çeçen və bir gürcü saxlanılıb.

3 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru