Avstraliyada zavodda güclü yanğın baş verib

30-08-2018, 07:30           
Avstraliyada zavodda güclü yanğın baş verib
Avstraliyanın Melburn ştatında kimyəvi reagentlərin istehsal olunduğu zavodda güclü yanğın baş verib.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, Melburn şəhərində baş verən yanğınla 100 nəfər yanğınsöndürən və 30 ədəd texnika mübarizə aparır.

Qeyd olunur ki, yanğın yerli vaxtla səhər 05:00-da baş verib. Yerli sakinlər bildirirlər ki, yanğın yerindən partlayış səsləri də gəlir. Hakimiyyət yanğın ərazisinə yaxın 11 yaşayış rayonunun sakinlərinə evdə qalmağı tövsiyə edib.

Xəsarət alan barədə məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru