Kobzondan milyardlıq miras qaldı

30-08-2018, 23:03           
Kobzondan milyardlıq miras qaldı
Tanınmış müğənni İosif Kobzondan övladlarına və nəvələrinə 1 milyard rubl dəyərində qiymətləndirilən miras qalıb.

Kobzona Moskva ətrafındakı Bakovka qəsəbəsində iki hektarlıq torpaq sahəsi məxsusdur.

Ərazidə 3 yaşayış evi, qonaq evi, mühafizəçilər üçün ev, habelə təsərrüfat bloku yerləşir. Bütün bunların bazar qiyməti 400 milyon rubla bərabərdir.

Həmçinin Kobzonun Moskvada Yeni Arbat küçəsində 0,5 milyard rubl qiymətində olan ikimərtəbəli penthausu var. Üstəlik müğənnidən övladlarına qiyməti 10 milyon rubldan çox olan "Mercedes Maybach" minik avtomobili qalıb.

Qeyd edək ki, İ. Kobzon bu gün vəfat edib. 2005-ci ildə Kobzona xərçəng diaqnozu qoyulmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru