ABŞ-da təyyarə hərbi bazaya düşüb, 4 nəfər ölüb

31-08-2018, 07:25           
ABŞ-da təyyarə hərbi bazaya düşüb, 4 nəfər ölüb
Cümə axşamı kiçik mühərrikli mülki təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinin Floridada yerləşən hərbi bazası ərazisinə düşməsi nəticəsində 4 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yazıb.

Bildirilir ki, ikimühərrikli yüngül "Beechcraft B60" tipli təyyarə ştatın şimal-qərbində yerləşən Eqlin bazasına düşüb. Göyərtədə olan hər bir kəs ölüb.

Təyyarə hərbi obyektlərdən xeyli kənarda meşə massivinə düşdüyündən yerdə zərər çəkən olmayıb.

Hava gəmisi Ohayo ştatından uçub və Eqlin bazası yaxınlığındakı aeroport istiqamətində gedib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru