BBC-nin binası yanında partlayış - Fotolar

3-09-2018, 22:24           
BBC-nin binası yanında partlayış - Fotolar
Britaniya polisi Londonda BBC teleradioyayım korporasiyasının əsas binası yaxınlığında şübhəli avtomobilin nəzarət altında partlayışını həyata keçirib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə şahidlərə istinadən "The Sun" nəşri məlumat yayıb.

Bildirilir ki, əməliyyat xüsusi özüyeriyən robotun köməkliyi ilə aparılıb. Ümumilikdə 3 partlayış törədilib.

Nəşrin yazdığına görə, əməliyyat anında baş qərargahın binasına giriş və çıxış məhdudlaşdırılıb. Eyni zamanda BBC əməkdaşlarına pəncərələrdən kənar durmaq tövsiyyə olunub.
Polisin diqqətini cəlb edən şübhəli avtomobil isə kiçik narıncı furqon olub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru