14 yaşlı qız özünü niyə asdı? - Müəmmalı intiharla bağlı yeni xəbər

6-09-2018, 12:45           
14 yaşlı qız özünü niyə asdı? - Müəmmalı intiharla bağlı yeni xəbər
Astarada 14 yaşlı qızın intiharın bəzi təfərrüatı açıqlanıb.

Rayonun Təngərüd kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Aysu Əhmədova özünü yaşadığı həyətin tövləsində asıb:

“Aysunun anası ilə atası ailə qurandan sonra yola getmədilər. Söz-söhbət, hər gün münaqişə... baxdılar ki, bir yerdə yaşamaq çətindir, ayrıldılar. Onların evliliyindən 3 uşaqları olub. Uşaqlar məhkəmənin qərarı ilə Aysunun atasına verilib. Onlar ayrılandan sonra hər kəs öz yolunu seçdi, biri ərə getdi, biri də arvad aldı. Boşanandan sonra anası uşaqları ilə görüşmürdü. Aysu 9-cu sinifi bitirib məktəbdən ayrılmışdı. O, axşam saat 21:00-də yoxa çıxıb. Axtaranda onu tövlədən asılımış vəziyyətdə tapıblar. Hazırda ekspertiza olunur. Onun bu hərəkəti hər kəsi şoka salıb. Qız niyə özünü öldürsün ki? Aysunun atasının ikinci arvaddan da uşaqları var”.

Qeyd edək ki, Astarada intihar hadisəsi baş verib. Rayonun Təngərüd kənd sakini Aysu Əhmədovanın meyiti meşə ərazisində ağacdan asılmış vəziyyətdə aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru