UFC prezidenti Həbib Nurməhəmmədovun gedişi haqqında: "O qədər çox pul qazandı ki, döyüşməyə ehtiyac duymadı"

14-11-2025, 17:34           
UFC prezidenti Həbib Nurməhəmmədovun gedişi haqqında:
Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt Həbib Nurməhəmmədovun karyerasını başa vurması ilə bağlı fikirlərini bölüşüb.

Oxu.Az bu barədə "Prince St Pizza"ya istinadən xəbər verir.

"Bizim çempionumuz müsəlman idi. Dünyada bir milyard müsəlman var, məsələ bunda deyil. Problem ondadır ki, o, müsəlman ölkələrinə - Səudiyyə Ərəbistanı, BƏƏ, Qətərə səfər edib və oralarda onu pula tutdular. Həbib o qədər çox qazandı ki, artıq döyüşməyə ehtiyac duymadı. Üstəlik, həmin dövrdə atasını itirmişdi və bu da onun üçün böyük sarsıntı oldu",- deyə Uayt vurğulayıb.

Xatırladaq ki, Həbib 2020-ci ilin oktyabrında yüngül çəki dərəcəsində UFC çempionu titulunu qoruyaraq karyerasını bitirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]