Mahir Emreli ilə bağlı xoş xəbər

23-02-2026, 16:34           
Mahir Emreli ilə bağlı xoş xəbər
Almaniyanın 2-ci bundesliqasında çıxış edən “Kayzerslautern” heyətində forma geyinən Azərbaycan millisinin üzvü Mahir Emreli uzunmüddətli zədədən sonra yenidən yaşıl meydanlara dönüb.

Globalinfo.az xəbər verir ki, 23-cü tur çərçivəsində səfərdə “Proyssen Munster”lə qarşılaşan “Kayzerslautern”in heyətində Emreli 88-ci dəqiqədə meydana daxil olub.

O, komanda yoldaşı Naatan Skittanı əvəzləyib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçda “Kayzerslautern”in qollarını Ritter (9-cu dəqiqə, penalti və 40-cı dəqiqə) və Bassett (45+1) vurub. Meydan sahiblərinin heyətində isə Hoyer 21 və 87-ci dəqiqələrdə fərqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru