Məşhur futbolçu İrandan qaçdı: Quru yolla Türkiyəyə keçdi

Dünən, 16:25           
Məşhur futbolçu İrandan qaçdı:
İranın "Esteqlal" klubunda çıxış edən mərakeşli futbolçu Munir El Haddadi ABŞ və İsrailin hücumlarından sonra ölkəni tərk edib.

Oxu.Az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında yaydığı açıqlamada bildirib.

O qeyd edib ki, təhlükəsizlik səbəbi ilə əvvəlcə hava yolu ilə ölkədən getməyi planlaşdırıblar. Lakin təxliyə prosesi ilə əlaqədar uçuş baş tutmayıb. Futbolçunun sözlərinə görə, klub tərəfindən təmin edilən avtomobillə quru yolla sərhədi keçərək Türkiyəyə çatıb və hazırda təhlükəsiz yerdədir.

Haddadi yaxın günlərdə İspaniyaya yollanacağını da əlavə edib.

Qeyd edək ki, hücumçu karyerasına "Barselona"nın futbol akademiyasında başlayıb. Daha sonra "Valensiya", "Deportivo" və digər La Liqa klublarında çıxış edib. 2025-ci ilin sentyabrında "Esteqlal" klubuna transfer olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]