Messi qeyri-adi ilklə idman tarixinə düşdü

29-03-2026, 10:34           
Messi qeyri-adi ilklə idman tarixinə düşdü
“İnter Mayami” futbol klubunun rəhbərliyi yeni stadionunun tribunalarından birinə Lionel Messinin adını vermək qərarına gəlib.

TEREF-in xəbərinə görə, bu, idman tarixində ilk haldır ki, hələ aktiv fəaliyyət göstərən futbolçu sağlığında belə bir şərəfə layiq görülür.

Klubun mətbuat xidmətinin məlumatına görə, “İnter Mayami”nin yeni stadionunun şərq tribunası argentinalı hücumçunun adını daşıyacaq. Floridada yerləşən klubun yeni arenasının açılışına isə cəmi bir həftə qalıb: açılışın aprelin 4-də keçirilməsi planlaşdırılır.

Messi 2023-cü ildən etibarən “İnter Mayami”nin (“çapellər”) heyətində çıxış edir və bu müddət ərzində dörd titul qazanıb. O, 2025-ci il MLS Kubokunun, 2024-cü il MLS müntəzəm mövsüm qalibinin kubokunun, 2025-ci il MLS Şərq Konfransı qalibinin kubokunun və 2023-cü il Liqalar Kubokunun sahibi olub. (Lent.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru