İngiltərə futbolunda YENİLİK: Zədəli kimi davranan qapıçılara qarşı eksperimental qayda tətbiq ediləcək

Bu gün, 11:38           
İngiltərə futbolunda YENİLİK: Zədəli kimi davranan qapıçılara qarşı eksperimental qayda tətbiq ediləcək
İngiltərə futbolunda 2026/27 mövsümündə qapıçılara tibbi yardım göstərildikdən sonra yaranan taktiki fasilələri aradan qaldırmaq üçün yeni tədbir sınaqdan keçiriləcək.

Bu barədə "BBC Sport" xəbər verir.

İngiltərə Futbol Assosiasiyası, Premyer Liqa, İngiltərə Futbol Liqası, Milli Liqa və Qadınlar Superliqası Beynəlxalq Futbol Assosiasiyaları Şurasından (IFAB) icazə alaraq bu eksperimenti razılaşdırıblar.

Yeniliyə əsasən, əgər hakim qapıçıya yardım göstərilməsi üçün həkimləri çağırırsa, komandanın baş məşqçisi 10 saniyə ərzində ehtiyat hakimə oyun bərpa olunduqdan sonra meydanı bir dəqiqəlik tərk edəcək oyunçunu göstərməlidir. Əgər 10 saniyə ərzində seçim edilməzsə, meydanı kapitan tərk etmək məcburiyyətindədir.

Yeni qaydanın tətbiq olunacağı ilk matç avqustun 1-də Liqa Kubokunun ilkin mərhələsi çərçivəsində keçiriləcək "Tranmir Rovers" və "Roçdeyl" qarşılaşması olacaq.

Mənbənin məlumatına görə, Avstraliyanın A-Liqası da analoji variantı sınaqdan keçirəcək, lakin orada meydanı həmişə kapitan tərk edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru