“Kiyev” hava limanı bütün beynəlxalq reysləri ləğv edib- Səbəb

16-06-2020, 21:00           
“Kiyev” hava limanı bütün beynəlxalq reysləri ləğv edib- Səbəb
Ukrayna paytaxtında COVID-19 ilə bağlı karantin rejimi davam edir. Bununla əlaqədar, “Kiyev” beynəlxalq hava limanı iyunun 17-də yerli vaxtla saat 03.00-dək bütün müntəzəm beynəlxalq sərnişin reyslərini ləğv edib.

Azərtac “Kiyev” aeroportunun mətbuat xidmətinə istinadla xəbər verir ki, bu hava limanına gəlməsi nəzərdə tutulan sərnişinlərdən reyslərin cədvəlini diqqətlə izləmək və aviaşirkət nümayəndələrindən məlumatı dəqiqləşdirmək tələb olunur.

Qeyd edək ki, daha əvvəl “Kiyev” aeroportunda aviareyslərin iyunun 16-dan bərpa olunması barədə bəyan edilmişdi.

Ukrayna Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə 32476 yoluxma halı qeydə alınıb. Son sutka ərzində 666 nəfərdə yoluxma halı müşahidə edilib ki, bu da xəstələrin sayının gündəlik artımında ölkə üçün mənfi göstəricidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru