Gürcüstan hökuməti əhalinin komunnal xərclərinin bir hissəsini ödəyir

27-02-2016, 09:03           
Gürcüstan hökuməti əhalinin komunnal xərclərinin bir hissəsini ödəyir
Tbilisidə 100 min ailə kommunal vauçer alacaq. Artıq bir neçə ildir tətbiq edilən bu qayda əvvəl yalnız aztəminatlı ailələr üçün nəzərdə tutulurdusa, bundan sonra Tbilisinin bütün sakinləri ondan yararlanacaq. Belə qərar bu gün şəhər bələdiyyəsinin toplantısında qəbul olunub. Bu məqsədlə deputatlar 2016-cı ilin büdcəsinə edilən dəyişikliyi dəstəkləyib.

Tbilisi meriyasının maliyyə xidmətinin rəhbəri Levan Tevzaya bildirib ki, hər ay şəhər büdcəsindən kommunal vauçerlərə 9,2 milyon lari xərclənirdi, son qərardan sonra bu məbləğ təxminən 5 milyon lari olacaq.

Dövlət dəstəyi 57 dollardan 142 dollara qədər olacaq. Proqram əhalinin evlərini qızdırmaq üçün elektrik enerjisi və təbii qazdan çox istifadə etməsi etməsi səbəbindən tətbiq edilib.
Belə ki, aztəminatlı ailələr 142 dollarlıq, digər abunəçilər isə 57 dollarlıq vauçer alacaq.
azadlıq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru