Bu dövlət idarələr ləğv olundu - SİYAHI

Bu gün, 09:48           
Bu dövlət idarələr ləğv olundu - SİYAHI
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.

TEREF İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.

Məlumata görə, agentliyin ləğv olunduğunu elan yol istismar şirkətləri aşağıdakılardır:

“Bakı 1 №-li Yol İstismarı” MMC – direktoru Zaur Həmzəyev,

“Bakı 5 №-li Yol İstismarı” MMC – direktoru İntiqam Hüseynov,

“Bakı 6 №-li Yol İstismarı” MMC – direktoru Tural Dəmirli,

“Bakı 7 №-li Yol İstismarı” MMC – direktoru Müşviq İmranov,

“Bakı 8 №-li Yol İstismarı” MMC – direktoru Cabir Qurbanov,

“Bakı 9 №-li Yol İstismarı” MMC – direktoru Natiq İsmayılov,

“Bakı 10 №-li Yol İstismarı” MMC – direktoru Elman Cavadi,

“1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Etibar Kərimov,

“17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Şahin Süleymanov,

“18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Camal Sadıxov.

Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.

Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru