Müctəba Xamenei sağdırmı?- Atasının dəfnində iştirak etməyəcək

Bu gün, 11:56           
Müctəba Xamenei sağdırmı?- Atasının dəfnində iştirak etməyəcək
İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei təhlükəsizlik səbəblərinə görə atası Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcək.

Korrekt.az xəbər verir ki, bu barədə Ali Rəhbərin Hindistandakı nümayəndəsi Ayətullah Həkim Elahi “India Today”a bildirib.

Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Katz Müctəba Xameneinin hədəf siyahısında olduğunu deyib.

İranın xarici işlər naziri Abbas Əraqçi ölkə rəhbərliyinə qarşı hər hansı bir təhdidin güclü cavab zərbəsi ilə üzləşəcəyini vurğulayıb.

Xatırladaq ki, İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin aviazərbələri nəticəsində öldürülüb.

Onun yerinə oğlu Ayətullah Müctəba Xamenei seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru