“Nuka“ MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır - VİDEO

Bu gün, 10:58           
“Nuka“ MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır - VİDEO
Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada "Nuka" MTK-nın apardığı söküntü işlərindən narazıdırlar.

Xezerxeber.az-ın məlumata görə, onlar bildiriblər ki, binada yaşadıqları halda söküntü işlərinə başlanılıb.

Sakinlər iddia edirlər ki, ötən illər ərzində bina qəzalı vəziyyətdə olmayıb və onların həyatı üçün hər hansı təhlükə yaratmayıb. Buna baxmayaraq "Nuka" MTK binada söküntü işlərinə başlayıb.

Söküntü işlərini həyata keçirən şirkətin sədri Yalçın Kazımov isə sakinlərin səsələndirdikləri iddialarla razılaşmadı. O bildirdi ki, Masallı şəhərində qəzalı və istismar müddəti başa çatmış yaşayış binaların söküntüsünə start verilib. Evi sökülən ailələr yeni mənzillərə köçənədək aylıq kirayə haqqı ilə təmin olunacaqlar.

Yalçın Kazımov onu da qeyd etdi ki, layihə şəhərsalma qanunvericiliyinə uyğun həyata keçirilir.

Ərazidə 12 ədəd hündürmərtəbəli yaşayış binasının, həmçinin uşaq bağçası, park, yaşıllıq zolaqları və idman-əyləncə obyektlərinin inşası nəzərdə tutulur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru