Pentaqonun "qara qovluğu" açıldı: 1949-cu ildə hərbi bazanın səmasında 200 UNO müşahidə edilib

Bu gün, 15:38           
Pentaqonun "qara qovluğu" açıldı: 1949-cu ildə hərbi bazanın səmasında 200 UNO müşahidə edilib
ABŞ hərbçiləri 1949-cu ildə Nyu-Meksiko ştatında yerləşən və nüvə silahlarının hazırlandığı Sandia bazası yaxınlığında bir gün ərzində 200-ə yaxın uçan naməlum obyekt (UNO) müşahidə ediblər.

Bu barədə Pentaqonun rəsmən dərc etdiyi sənədlərdə qeyd olunub.

Məxfiliyi ləğv edilmiş materiallara ABŞ-nin strateji hərbi obyektlərinin yaxınlığında qeydə alınan UNO müşahidələri haqqında 116 səhifəlik hesabat daxildir. Sənəd 1948-1950-ci illər ərzində baş vermiş yüzlərlə epizodu əhatə edir və qeyri-adi hadisələrin Nyu-Meksiko səmasında, eləcə də ABŞ Silahlı Qüvvələrinin obyektləri yaxınlığında müntəzəm şəkildə baş verdiyini təsdiqləyir.

Arxiv sənədlərinə əsasən, 30 yanvar 1949-cu il tarixində Alamaqordo yaxınlığında təxminən 200-ə yaxın UNO görünüb. Naməlum obyektlər tədricən aşağı enən və daha sonra gözdən itən "parıldayan yaşıl sferalar" kimi təsvir edilib. Bu hadisədən beş dəqiqə əvvəl isə bənzər yaşıl-mavi rəngli obyektlər Rozuell yaxınlığında müşahidə olunub.

Xatırladaq ki, Rozuell şəhəri 1947-ci il iyulun 2-də yaxınlıqda baş vermiş məşhur UNO qəzası ilə tanınır. Məhz bu hadisə ilə əlaqədar 2 iyul tarixi dünyada "Beynəlxalq UNO Günü" kimi qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru