Üzeyir bəy Hacıbəylinin Stalinlə görüşü
Bu gün, 10:54

1938-ci ildə repressiyaların tüğyan etdiyi dövrdə Üzeyir bəy Stalin və onun ətrafı ilə Kremldə görüşür. Bu barədə o, həmin ilin qəzetdə yazırdı:
"1938-ci il 17 aprel günü, Azərbaycan xalqının və onun incəsənətinin tarixində bayram günüdür. Bu gün Azərbaycan incəsənətinin işçiləri Kremldə böyuk Stalin və onun sədaqətli silahdaşları tərəfindən qəbul edildilər. Budur ki, Molotov yoldaş Kremldə mən müvəffəqiyyətlə təbrik etdikdə mən ona: «Səadətlə, böyük insan səadəti ilə, Molotov yoldaş» deyə cavab verdim.
... Gizlətmirəm; mən, yaratdığım əsərlər içərisində ən yaxşı saydığım, yaradılmasına illərlə çalışdığım «Koroğlu» operası haqqında Stalin yoldaşın fikrini çox bilmək istəyirdim, lakin o qadar həyəcanlı idim ki, «Koroğlu» haqqında Stalin yoldaşa birinci olaraq sual verməyə cəsarət etmədim. Stalin
yoldaş sanki mənim fikrimi duymuşdu. Stol başında yan-yana oturan kimi mənə dedi ki, operam haqqında bir neçə qeydi vardır. Mən əziz və sevimli rəhbərimizi boyük ürək həyəcanı ilə dinləyirdim. «Koroğlu» operasının Stalin yoldaşa çox xoş gəldiyini eşitdikdə, ürəyimi elə bir sevinci hissi doldurdu ki, bunu sözlə ifadə edə bilmirəm. Stalin yoldaş dedi ki, bu operanın məziyyəti xalq yaradıcılığı əsasında yazılmasındadır, süjetin xalq eposu əsasında qurulmasındadır. Mən Stalin yoldaşa cavab olaraq dedim ki, «Koroğlu» operasını yazarkən mən musiqi mədəniyyəti sahəsində partiyamızın xəttini əsərimdə əks etdirməyə çalışmışam, bəstəkar fantazıyasını xalq yaradıcılığı ilə əlaqələndirmək istəmişəm. Stalin yoldaş bunun cavabında dedi ki, «Siz doğru hərəkət etmişsiniz». Sonra əlavə etdi ki, «bəzi bəstəkarlarımız xalq musiqinin böyük bədii sərvətinə səthi baxırdılar, görünür ki, onlar xalq mahnısının əsrlər nəticəsində yaradıldığını, bu müddətdə yaxşıca işləndiyini və təmizləndiyini və indi bunun bizə tamamilə mükəmməl sənət formasında çatdığını başa düşmürlər».
...Stalin yoldaşın «Koroğlu» operası haqqında danışarkən musiqi-dram yaradıcılığının xususiyyətlərini olduqca dərin, olduqca incə başa düşməsi məni tamamilə heyran etdi. Stalin yoldaş operanı tam mə'na-silə ayrı-ayrı pərdələrinə görə təhlil edib xususən üçüncü pərdənin antraktını göstərərək dedi ki...
«...onun üzərində yenə də işləmək lazımdır, operanın finalı təntənəli edilməlidir».
"Koroğlu" operasının müəllifi olaraq
mən deyə bilərəm ki, həqiqətən bu nöqsanlar əsərimin bədii tamamlığına mane olur.
«Koroğlu» operasında etdiyim təcrübəyə
simfonik orkestrə Azərbaycan xalq çalğı
alətlərinini daxil etmək təcrübəsinə, Stalin yoldaşın verdiyi müsbət qiymət məni çox sevindirdi. Stalin yoldaş xalq rəqslərimizin və xor mahnılarımızın ona çox xoş gəldiyini söylərkən xalqımızın incəsənəti üçün iftixar hissi ürəyimi doldurdu."
Azərbaycan Tarixi
TEREF

