Hökumətdən kim danışırsa, “turizm ölkə üçün vacib, prioritet sahədir”, deyir.,amma...

Bu gün, 15:16           
Hökumətdən kim danışırsa, “turizm ölkə üçün vacib, prioritet sahədir”, deyir.,amma...
Yaxşı, belədirsə, deməli məntiqlə hökumət turizmin inkişafı üçün əlindən nə gəlir etməlidir – elə deyilmi?!
Gəlin indi bu ilin rəsmi rəqəmlərinə baxaq: 2026-cı ilin yanvar-may aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 943 milyon 991,7 min manat xərcləyib - bu, 2025-ci ilin eyni dövrünə nisbətən 280 milyon 754,7 min manat və ya 22,9 % AZDIR (azalıb).
Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə keçən ilin eyni dövrü ilə müqaisədə 32% AZALARAQ (yenə azalma) 171 milyon 750,2 min manat təşkil edib.
Eyni dövrdə turistlər qidalanmaya 176 milyon 707 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 20,1 % AZDIR (ay da, yenə azalıb).
Yanvar-mayda turizm zərfinin alınmasına isə 437,5 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 19,8 % azalıb (yenə). Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 466,5 min manat (- 3 %), idman və əyləncə xidmətlərinə 6 milyon 453,2 min manat (- 0,7 %), malların və hədiyyələrin alınmasına 115 milyon 066 min manat (- 4,9 %), digər istiqamətlərə isə 35 milyon 692,7 min manat (- 20,1 %) xərclənib.
Hörmətli hökumət üzvləri, onlarla dəfə yazmışıq-demişik ki, turizmin multiplikativ effekti var – ardınca 9-10 sahəni dartıb-aparır. Həmin sahələr var bu yazıda, görürsünümü, hamısında azalma var – niyə, çünki, quru sərhədləri bağlı saxlamaqla, rəqabətli mühiti təsis etmədən, səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz, mümkün deyil bu...
Natig Jafarli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru