Nemtsovun qatili beynəlxalq axtarışa verildi

27-02-2016, 13:42           
Nemtsovun qatili beynəlxalq axtarışa verildi
Rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətlinin təşkilində şübhəli bilinən Ruslan Muxudinov İnterpol xətti ilə axtarışa verilib. APA-nın "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə B. Nemtsovun ailəsinin vəkili Vadim Proxorov bildirib.

Vəkilin sözlərinə görə, axtarışla yalnız İnterpolun Rusiyadakı nümayəndəliyi deyil, habelə təşkilatın Fransanın Lion şəhərində yerləşən baş katibliyi də məşğuldur. Qeyd edək ki, R. Muxudinov Çeçenistanda doğulub. O Çeçenistanın Daxili İşlər Nazirliyinin "Şimal" batalyonunun sıralarında xidmət keçib. Ötən ilin noyabrın 8-də Moskvanın Basman məhkəməsi R. Muxudinovu qiyabi həbs edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru