İki övlad anası özünü asdı

28-02-2016, 11:30           
İki övlad anası özünü asdı
Zaqatalada iki övlad anası intihar edib. Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə fevralın 27-i günorta saat 15 radələrində rayonun Mazıx kəndində qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdlü Məhəbbət Umarxan qızı Səfərovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş talvardan asılı vəziyyətdə mərhumun həyat yoldaşının qardaşı tərəfindən aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı 50 yaşlı M. Səfərovanın intihar etdiyi məlum olub. Məlumatda o da bildirilir ki, evli və iki övlad anası olan M. Səfərova son zamanlar əsəb xəstəliyindən əziyyət çəkirdi. Qadın intihar edən zaman evdə tək olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru