Şotlandiyada kişinin burnu nadir xəstəliyə görə bir neçə dəfə böyüdü

15-10-2025, 17:54           
Şotlandiyada kişinin burnu nadir xəstəliyə görə bir neçə dəfə böyüdü
Şotlandiyanın Kilmalkolm şəhərində yaşayan Cerard adlı bir şəxs illərlə rinofima adlı nadir bir xəstəlikdən əziyyət çəkib.

"Metro" nəşri xəbər verir ki, nəticədə şotlandın burnu tədricən böyüyüb və deformasiyaya uğrayıb.

Əvvəlcə o, bunu qocalmanın bir hissəsi kimi qəbul edib, lakin zaman keçdikcə bu vəziyyət dözülməz hala çatıb.

O, yoldan keçənlərin maraqlı baxışlarına və uşaqların suallarına baxmayaraq, uzun müddət xəstəliyə məhəl qoymamağa çalışıb.

Lakin o, tezliklə sosial əlaqələrdən qaçmağa başlayıb. Həkimlər Cerarda artıq toxumaları çıxarmaq üçün mürəkkəb əməliyyat təklif ediblər. Uğurlu əməliyyatdan sonra britaniyalı əvvəlki həyatına geri dönə bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru