Ağcabədidə qəzada iki əmioğlu öldü - Yaralanan var

21-11-2025, 00:05           
Ağcabədidə qəzada iki əmioğlu öldü - Yaralanan var
Ağcabədidə baş verən qəza zamanı 2 əmioğlu ölüb bir nəfər ağır xəsarət alıb.

TEREF Unikal-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayon Qaradolaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki,hərəkətdə olan "GAZ"el markalı yük maşını "VAZ" 21015 markalı avtomobillə toqquşub.

Qəza zamanı "VAZ"ın sürücüsü 1984-cü il təvəllüdlü Vəliyev Orxan hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər O.Vəliyevin həyat yoldaşı Vəliyeva Türkan və əmisi oğlu 1972-ci il təvəllüdlü Vəliyev Elsevər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

E.Vəliyev əməliyyat olunsa da, əməliyyatdan sonra xəstəxanada vəfat edib. Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru