İnternat məktəbinin şagirdi imtahan günü öldü

19-03-2026, 00:05           
İnternat məktəbinin şagirdi imtahan günü öldü
Bakıda 11-ci sinif şagirdi vəfat edib.

TEREF "Bizim media"ya istinadən xəbər verir ki, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin 11-ci sinif şagirdi Fərhad Allahverdiyev martın 15-də dünyasını dəyişib.

Məktəbdən bildirilib ki, Fərhad Allahverdiyev həmin gün keçirilən buraxılış imtahanında iştirak etməli idi. Lakin bir müddət əvvəl onda şəkər xəstəliyi aşkarlandığından, imtahandan üç gün əvvəl səhhəti pisləşib və valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib.

Bakı Dəmiryolu Xəstəxanasında müalicə alan Fərhad Allahverdiyev elə imtahan günü xəstəxanada vəfat edib.

Qeyd olunub ki, mərhumun anası həmin təhsil müəssisəsində çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru