Putin: Kiyev terror üsullarına əl atıb

Bu gün, 11:24           
Putin: Kiyev terror üsullarına əl atıb
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın cəbhədə geri çəkildiyini iddia edərək Kiyev hakimiyyətinin terror üsullarına keçdiyini bildirib.

TEREF xəbər verir ki, Vladimir Putin bu barədə "Vahid Rusiya" partiyasının XXIII qurultayının birinci mərhələsinin plenar iclasında çıxışı zamanı danışıb.

Rusiya liderinin sözlərinə görə, Ukrayna tərəfi dinc sakinləri və mülki infrastrukturu hədəfə alır, həmçinin Rusiya ərazisində təxribat və terror aktları törətmək üçün insanları ələ almağa çalışır.

"Dinc sakinlərə, mülki obyektlərə məqsədli zərbələri və ölkəmiz daxilində təxribat və terror aktları törətmək üçün açıq şəkildə insanların cəlb edilməsini başqa necə adlandırmaq olar?" - deyə Putin bildirib. (Teleqraf)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru