Xaçmazda 17 yaşlı tələbə həyatını itirdi

Dünən, 12:43           
Xaçmazda 17 yaşlı tələbə həyatını itirdi
Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, rayonun Qaraçı kəndində qeydə alınan hadisə zamanı Rəşad Məmmədsəidov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə piyadanı vurub.

Qəza zamanı ağır xəsarətlər alan kənd sakini 17 yaşlı Böyükağa Abbasəli oğlu Abbasov dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, qəza gecə saatlarında, B.Abbasov kənddəki kompüter oyunları zalından evə qayıdan zaman baş verib.

Qəzada dünyasını dəyişən gənc Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neft-Energetika Kollecində təhsil alırdı.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]