Astarada toy mərasimində 22 nəfər zəhərlənib

2-07-2018, 07:26           

Astarada iyunun 30-da toyda zəhərlənmə olub. APA-nın yerli bürosunu xəbər verir ki, ilkin məlumata görə, toy mərasimində 22 nəfər zəhərlənib.


Zəhərlənən şəxslər Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların əksəriyyəti tibbi yardım göstərildikdən sonra evə buraxılıb, hazırda iki nəfərin müalicəsi davam etdirilir.


Hadisə "Şahin" şadlıq sarayında qeydə alınıb.


Məlumata görə, zəhərlənmənin salat yedikdən sonra baş verdiyi ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru