Bu şirkət Adnan Əhmədzadədən rəsmən alındı

21-10-2025, 00:08           
Bu şirkət Adnan Əhmədzadədən rəsmən alındı
Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Oilmar Shipping and Chartering DMCC” şirkətindəki bütün səhmlərini rəsmən itirib.

TEREF Teleqraf-a istinadla xəbər verir ki, Dubayda yerləşən dəniz yanacağı ticarət şirkəti mülkiyyət hüququnu rəsmi olaraq “Oilmar Shipping and Chartering DMCC”nin icraçı komandasına ötürüb və satın alınma prosesi tamamlanıb.

Şirkət idarəetmə strukturunu gücləndirmək üçün belə bir addım atıb.

Belə ki, “Oilmar” bu prosesdə Adnan Əhmədzadəni idarəetmədə və ya ticarətdə heç bir rolu olmayan, səssiz bir investor kimi qiymətləndirib.

Qeyd edək ki, daha öncə yayılan məlumatda “Oilmar Shipping and Chartering DMCC”in bütün səhmlərinin şirkətin baş direktoru Yusif Məmmədov tərəfindən alındığı bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]