"Qiymətlər qaçılmaz olaraq artacaq" - Putin xəbərdarlıq etdi

24-10-2025, 09:24           
"Qiymətlər qaçılmaz olaraq artacaq" - Putin xəbərdarlıq etdi
Qlobal bazarda Rusiya neftinin tədarükünün kəskin azalması qiymətlərin artmasına səbəb olacaq.

Bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin 17-ci Konqresinin yekunları üzrə jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Rusiyanın neft və neft məhsullarının tədarükü qlobal bazarda kəskin şəkildə azalarsa, qiymətlər qaçılmaz olaraq artacaq", - o deyib.

Putin əlavə edib ki, ABŞ-dən fərqli olaraq, Rusiya və Səudiyyə Ərəbistanı istehlak etdikləri neftdən daha çox neft satırlar. \\Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]