BBC Trampın çıxışını saxtalaşdırıb
4-11-2025, 16:44

Böyük Britaniyanın BBC teleradio şirkəti ABŞ Prezidenti Donald Trampın 2021-ci ilin yanvar ayında etdiyi çıxışı saxtalaşdırıb.
Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Məlumata görə, BBC Donald Trampın çıxışını saxtalaşdıraraq, onun Konqres binasında iğtişaşları təşviq etdiyi təəssüratını yaradıb.
2024-cü ilin oktyabr ayında yayımlanan "BBC Panorama" proqramında ABŞ liderinin tərəfdarlarına onlarla birlikdə sonadək mübarizə aparacağını vəd edən çağırışı nümayiş etdirilib. Halbuki, Tramp əslində həmin çıxışında tərəfdarları ilə birlikdə "dinc və vətənpərvər şəkildə onların səslərini eşitdirmək" üçün yürüş edəcəyini bildirib.
Daha sonra verilişdə insanların Konqresə doğru yürüş etdiyi görüntülər göstərilərək, Trampın tərəfdarlarının onun çağırışına cavab verdiyi təəssüratı yaradılıb. Lakin əslində bu görüntülər Trampın çıxışına başlamazdan əvvəl çəkilib.
Xatırladaq ki, ABŞ Konqresindəki 6 yanvar 2021-ci ildə baş verib.

