İran generalının qızı ilə bağlı sürpriz xəbər: Elə bir iddia yayıldı ki…
6-11-2025, 12:24
İranın ali rəhbəri Ayətullah Əli Xameneinin hərbi baş müşaviri, general Yəhya Rəhim Səfəvinin ailəsi ilə bağlı yeni məlumatlar ölkə ictimaiyyətində rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediasında məlumat yayılıb.
Qeyd olunub ki, Səfəvinin kiçik qızı Haniyə hazırda Avstraliyada yaşayır və psixologiya üzrə təhsil alır. Onun uzun müddətdir İranda yaşamadığı, təhsilini və həyatını xaricdə davam etdirdiyi bildirilir.
Sosial mediada onun Avstraliyadakı həyat tərzini əks etdirən bəzi paylaşımlar da yayılıb. Məlumatlara görə, o, Qərb ölkəsində yaşamasına baxmayaraq, ailəsi ilə əlaqəni saxlayır.
Qeyd edək ki, Yəhya Rəhim Səfəvi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq komandanı, hazırda isə Xameneinin hərbi məsələlər üzrə müşaviri kimi tanınır. O, ölkədə konservativ baxışları ilə seçilir və Qərb ölkələrinin siyasətinə qarşı sərt mövqeyi ilə fərqlənir.
Məhz buna görə, onun ailə üzvlərinin Qərbdə yaşaması faktı İran ictimaiyyətində mübahisələrə səbəb olub.