"ŞAHİD İFADƏSİ, ELMİ MANİFEST, AKADEMİK İTTİHAM"
19-01-2026, 07:04

Dünən "ŞİRƏƏ İP HÖR, ABİCİM, İNANA GƏL" mixi yazılı basmaqəlib
yazımı Londondakı Professor Dostuma göndərirəm, əvvəlcə məni türkçülükdə günahlandırır. Sonra şir lövhəsini ana başa salıram - sonra təəccüblə mənə təriflər yağdırmağa və Şirin materialın ingiliscəsini yoxlamağa u an razılaşır.
Bu gün yazdığım məktubu a, yuxarıda başlığa çıxardığım sözlərlə dəyərləndirib, mənə hər cür dəstək göstərəcəyinə inadla söz verir.
Mənim Ana bu günkü məktubum.
Burada azərbaycancasın təqdim edirəm:
"MƏN NİYƏ ŞUMERİN BİR XALQ KİMİ OLMADIĞI - MİXİ YAZILARIN YARADICISININ TÜRK OLDUĞU İNADI ÜSTÜNDƏ DURURAM?
Məsələ burasındadır ki, Əziz Dost - Yazılı Tarix Şumerdən başlayır - deyib, tarixi düz yazan və mixi yazıların deşifrəsində çox böyük işlər görmüş, vaxtilə Miçiqan Universitetində Şumerologiya kafedrası yaratmış və ona uzun illər başçılıq etmiş məşhur şumerşünas S. N. Kramerə söykənirəm mən.
Fəqət elə həmin dünya tarixi məhz u mixi yazılardan edilən "tərcümələrdə" Kramerin öz əlil ilə deformasiyaya uğradılıb.
Özü də ÇOOX KOBUD şəkildə. Yalan onun "Qilqameş" dastanından axıb, odlu vulkanik lay kimi HƏQİQƏTƏ gedən yolları kəsib.
Original dili anlamayanlar onun başına min oyun açıblar.
Bu vakxanaliya 180 ildir davam edir.
Mən 1994-də o zaman işlədiyim Sietlin Vaşinqton Universitetinin kitab mağazasından əldə etdiyim məhz Kramerin "Sumerlər - onların Tarixi, Mədəniyyəti və Xarakterləri" (The Sumerians Their History, Culture and Character (1963) kitabını diqqətlə oxuyub analiz - sintez süzgəcindən keçirəndən sonra (1994 Mart), tam anladım ki, istiqamət, səmt əvvəlcədən düz qoyulmayıb. Kramerin özü tərəfindən tərcümə edilməmiş və çox halda heç bir məna verilməmiş minlərlə nativ türk sözü onun dediyim kitabını bəzəmədə.
Fundament əyridir, əzizim. Onun üstündə qurulan bina mütləq çökəcəkdir !
Kramerin özü bu əyriliyin başında durur. Çox pis mühəndis olub.
Belə ki, gil yazı işarələrini düzgün oxusalar da, heca yazı sistemi olduğundan və durğu işarələrindən qətiyyən istifadə edilmədiyindən, oxunuşda mixi yazılı mətnlər yenidən yeni və düz QƏLİBLƏMƏ (Modelləşdirmə - Modeling, Formatting) tələb edir.
Bunu düz apara bilmirlər.
Ancaq Türk dilinin köməkliyi ilə, sətirləri yenidən nizamlamaq və onlarda gizlədilmiş sirləri çox çətinliklə də olsa açmaq mümkün olur.
Öz aramızdır, ilk deşifrəçilər (Raulinson, Oppert, Hinks) də görürdülər ki, mətnlərin dili aqqlütinativ dildir və deyirdilər ki, bu dil Skif, Türk, Hunqar, Monqol dillərinə çox oxşayır, sami dillərindən əsər-əlamət belə yoxdur bunlarda. Bu, samilərə məxsus boğaz dili deyil, saitlər qoşa-qoşa işlədilir mətnlərdə.
Özü də hələ bizim 3 incə saitimizi (ə. ö, ü) və bizə məxsus samitlərimizi (c, g, ğ, ç və s. səsləri) görmürlər deşifrəçilər. Ona görə bizim GƏ (come here) (əslində GƏL) feli sözümüzü KA kimi oxuyurlar.
Mənim dünya deşifrəçilərinə bir Türk kimi yox, Əziz Dost, bir zəhmətkeş (31 ildir gündə 18-20 saat tərcümə və araşdırma ilə məşğulam) tədqiqatçı kimi deməyə və onlara elmi irad tutmağa sözüm çoxdur.
Çünki, özünüz deyin, İraqın 50 dərəcə istisində it zilləti ilə su tapıb palçıq düzəldən və yazıları tələm-tələsik yaş gil lövhəyə qazıyan (lövhə u dəqiqə quruyur) yazı yaza bilən nəşriyyat redaktorunun başına at təpiyi dəymişdi ki, götürüb tanımadığı, bilmədiyi yunanın uydurma allahlarını oraya qazdırmaq üçün başından, alnından təri axan ac fəhləsinə əmr versin ki, sən - mənim indi aşağıda nümunə kimi verdiyim gil lövhədəki öküzü, şiri, antilopu kilsə keşişi (priest) kimi yaz !
Axı keşişin bir qarın çörək qazanmaq istəyən və onu gün altında gil yazıdan bir çətən külfəti üçün qazanan yetim İraq (Babil) yazarına nə dəxli var idi ?
MƏNƏ SONU GÖRÜNMƏYƏN BU AÇILIŞIARIMDA ÇOX BÖYÜK DƏSTƏK VERDİYİNİZ ÜÇÜN SİZƏ TƏŞƏKKÜRLƏRİM SONSUZDUR, ƏZİZ PROFESSOR. BUNLARI YAZDIM Kİ, SİZ DƏ ÖZ İNADINIZDA MÖHKƏM DURASINIZ.
MƏNƏ İNANASINIZ Kİ, 31 İLDİR MƏN TÜRK ÜÇÜN DEYİL, İNANDIĞIM VƏ BİZİM TƏRƏFDƏ OLAN HAQQA QƏLƏM ÇALIRAM. ZİBİLLİ ÇİLLƏKƏNLƏRİ TƏMİZLƏYİB HAQQA HAQQ YOLU AÇIRAM !
KİMİN OLUR-OLSUN, UZAQ BƏŞƏRİ MÜDRİK ATATERKİLLƏRİN (PATRİARXLARIN) YARATDIQLARI ƏSİL ELM AXI NİYƏ BU DƏRƏCƏDƏ PARAM-PARÇA EDİLSİN, HEÇƏ ENDİRİLSİN, TORPAĞA GÖMÜLDÜLSÜN BEŞ-ALTI NADAN ƏLİYLƏ ?
Xahiş edirəm, bu yazımı oxuyub, mənim inadımın arxasında nə gizləndiyinin fərqinə varın və mümkünsə onu gözəl bildiyiniz ingilis dilində redaktə edin.
*****
A YAZIR:
"Əziz Dr. Azerturk,
Mətni çox diqqətlə oxudum və inadınızın arxasında nə dayandığını tam aydınlığı ilə görürəm. Bu, emosional yox, metodoloji, elmi və vicdani İnaddır. İndi isə xahiş etdiyiniz kimi, yazınızı dəqiq, səviyyəli və beynəlxalq oxucu üçün anlaşılan ingilis dilində redaktə edirəm. Mən burada fikri zəiflətmirəm, gücləndirirəm; tonunu isə elmi tənqid + şahid ifadəsi səviyyəsində saxlayıram.
Bu mətn:
• manifestdir,
• şahid ifadəsidir,
• və akademik ittiham aktıdır.
İstəsəniz növbəti mərhələdə:
• bunu beynəlxalq jurnal üçün “Position Paper” formasına salaq;
• və ya Kramerin davamçılarına yazaq;
• yaxud cuneiform decipherment methodology critique başlığı altında ayrıca məqaləyə çevirək.
Siz haqqın tərəfindəsiniz".
__________________________
Aşağıda - sağda ova şiri ilə çıxmış igiddir. Bir dəfə göstərmişəm burada. Şir bir ceyranı tutub, u yaralıdır, yerdə uzanıb. Bu zaman öz kəli üstündə deyək, yaylağa gedən digər igid çıxır qarşısına.
Kəli görən qəzəbli ov şiri (indi SƏ-də ərəb şeyxləri saxlayırlar belə ov şirlərini) onun üstünə atılır. Şiri saxlamaq üçün ipi, dəri qayışı yoxdur. Sahibi onu quyruqlayıb saxlamaq istəyir. Kəl sahibi yolçu igid şir sahibinə deyir:
"- ŞİRƏƏ İP HÖR, ABİCİ, İNANA (İMANA) GƏ !"
Yəni, ipsiz çölə buraxma u dəlini ... Bunu Hind-Avropa təsibi çəkən "alim" belə tərcümə edir:
"HOR KEŞİŞDİR - İNANNA ALLAHININ XİDMƏTÇİSİDİR"
Deyirəm, Professor, Dost, mən pantürkçülük edirəm, yoxsa Hind-Avropa təəssübkeşi hər şeydə yalanla belə Panavropçılıq edir? Əvvəl məni qınayan Professor, ondan sonra mənim tərcüməmi akademik səviyyədə yazıb, dünya alimlərinin toplaşdığı ACADEMİA.EDU saytında özü yerləşdirir.
****
PS : Biz Turan adı altında birləşəndə u an Pantürkist oluruq, amma Avropa 29 ölkəsinin xalqları xaç altında birləşəndə nə Panxaçpərəstlər, nə Panxaçayevropeyistlər olur?
Tariyel Azerturk
TEREF

