“ÜÇ BADAM, BIR QOZ”...
Bu gün, 00:05

Bu gün Mediada amalını, məsləkini satanlar çoxdur, içərisində tanınmışlar, hətta fəxri ad alanlar da var. Nə qədər qəribə olsa da, hamısı əski məmurların əski trollarıdır. Düşünürəm ki, 4 nəfəri daha məşhurdur, onları təqdim etmək niyyətindəyəm. Sifətlərini itirsələr də, yəqin cinsiyyətlərini hələ itirməyiblər. Ad çəkmirəm (məni Azərbaycandan köçürərlər), xronoloji ardıcıllıqla təqdim etmək istəyirəm. Beləliklə...
Birincisi hardasa, mənimlə tay-tuşdur, başında bir qara tükü yoxdur. Onun kimilər haqqında “Odda yanmır, suda batmır” deyirlər. Bu adam 90-larda, müxalifət qəzetində olanda mərhum Heydər Əliyev, İlham Əliyev haqqında elə murdar şeylər danışır, yazırdı ki, bunları hətta təkrar etmək kişiyə şərəf gətirmir. Sonra məsləkini satdı, Eldar Namazovun troluna çevrildi, TV rəhbərliyinə gəldi. Elə murdar yaltaqlanmağa, yalanmağa başladı ki, hətta MTN araşdırsaydı, onu dövlət rəhbərliyini gözdən salan siyasi təxribatçı kimi həbs edə bilərdi. Amma etmədi, əvəzidə televiziyadan gurultu ilə qovuldu, bir müddət yox oldu. Belələri odda yanmır, suda batmır. İndi səsi yenə yuxarılardan gəlir, bütün Azərbaycana koronovirusdan dərs keçir....
İkincisi dəniz qulduruna oxşayan tipdir, Azərbaycanda tanınmış qəzet menecerlərindən biridir. 90-ların məlum “X günü” biabırçılığının müəllifidir. Əsas işi siyasi şantajdır, yəni ondan pul alıb bunu, bundan pul alıb onu qaralamaqdır. Cavanlıqda bir şakəri də vardı, gənc, perspektivli xanımları Türkiyəyə “arzularının şəhərinə” aparırdı. Bir müddət saxlayırdı, sonra Bakıya qaytarırdı, hərəsinə bir qəzet açırdı. Bu xanımlardan məşhur olanlar, indi də TV-lərdə “axtarış” aparanlar var. Qəzet meneceri də 20 ildən çox müddətdə Heydər Əliyev, İlham Əliyev haqqında murdar şeylər danışır, yazırdı. Buna gərə də bir neçə dəfə cəzalandırıldı. 2010-larda Əli Həsənovun yanında yer aldı, elə bil ağıllandı. Radikallardan aralandı, özünü “konstruktiv” kimi təqdim etməyə başladı, hətta fəxri ad da aldı. Amma qırxından sonra öyrənən gorunda çalar deyirlər...
Üçüncüsü məlum rusdilli jurnalistdir ki, onu bu siyahıda birinci də yazmaq olardı. Amma cavandır, Azərbaycanda murdarlamamış bir qapı qoymayan adamdır. O, ilk nəzərdən adi nərd zəri – “it sümüyü” kimidir, üzdə olan 6 sifətidir. Amma altda neçə sifəti var, bir Allah bilir. Bu adam müxülifət partiyalarında olub, müxalifət qəzetlərində, jurnallarında olub, iqtidar partiyasında, qəzet və jurnallarında olub. Sözün əsl mənasında maraqlı, “istedadlı” adamdır. Bunu ANS-də döyüblər, jurnalda döyüblər, qəzetdə döyüblər, hətta Azərbaycanın İran səfirliyində döyüblər... Qəzet meneceri kimi bu da siyasi şantaj hərləyir, pul alıb pulluları şərləyir. Onun Mübariz Mənsimovla “mübarizəsi”, öz həmkarlarını şərləməsi bir ayrı söhbətdir. Amma bir vaxtlat MTX mətbuatın məlum şantaj babalarını həbs etsə də, təəssüf ki, qəzet meneceri ilə rusdilli jurnalistə toxunmadı...
Və nəhayət “Üç badam, bir qoz”... Bəli, əsərimizin axarıncı “qəhrəmanı” qadındır. Oxucular yəqin deyəcək ki, mentalitet var, adət-ənənə var, qadına toxunmaq olmaz. Amma bir misal da var: Aslanın erkəyi-dişisi olmadığı kimi, çaqqalın da erkəyi-dişisi olmur. Əgər qadın öz amalını, məsləkini satırsa, bütün dəyərlərini atıb pulun altında yatırsa, biz susmalıyıq?! Əksinə, belələrini ifşası cəmiyyətin təmizlənməsinə, yeni nəslin tərbiyəsinə xidmətdir. Klassik demişkən, cinayətin cəzasız qalması cəmiyyətin iflasına dəstəkdir. Bu qadın siyasi mövqeyini əlcək kimi, mövsümdən asılı olaraq dəyişir. Təsəvvür edin, o, müxalifət yazarı olanda “Heydər Əliyevin nəşini Azərbaycan torpağı qəbul etməyəcək” deyirdi. Əli Həsənovun trollarına qoşulduqdan və deputat olandan sonra o səviyyədə yaltaqlanmağa və yarınmağa başladı ki, MTX onu da siyasi təxribatçı kimi həbs edə bilərdi... Amma hər gözəlin öz vaxtı var deyirlər...
Qalib ARİF
TEREF

