AAYDA maaşları vermir? 8 saylı Yol İdarəsinin işçisi əməkhaqqını ala bilmir – Şikayət

Dünən, 16:18           
AAYDA maaşları vermir? 8 saylı Yol İdarəsinin işçisi əməkhaqqını ala bilmir – Şikayət
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Sabirabad rayonunda fəaliyyət göstərən 8 saylı Yol İdarəsinin əməkdaşı maaşını ala bilmədiyini bildirib.

TEREF xəbər verir ki,bu barədə Tribuna.az-a müraciət edən şikayətçi Ağayev Tural Nərbala oğlu qeyd edib ki, işlədiyi müddət ərzində ona ödənilməli olan əməkhaqları verilməyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Əmək Müfəttişliyinə rəsmi qaydada müraciət etsə də, şikayəti hələ də araşdırılmayıb:
“2020-ci ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 8 saylı Yol İdarəsində işləyirəm. Bir müddətdir əməkhaqqımı ala bilmirəm. Dəfələrlə müraciət etmişəm, amma heç bir nəticə yoxdur. Əmək Müfəttişliyinə də yazmışam, baxan yoxdur. Hər dəfə deyirlər sizə məlumat veriləcək, gözləyin. Ancaq hələ də bir nəticə yoxdur”.

Şikayətçi vəziyyətin araşdırılmasını və problemin həlli üçün tədbir görülməsini xahiş edir.

Məsələ ilə bağlı 8 saylı Yol İdarəsi və aidiyyəti dövlət qurumlarının mövqeyini işıqlandırmağa hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru