Sosial şəbəkədəki cəlbedici reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq (VİDEO)

Dünən, 17:07           
Sosial şəbəkədəki cəlbedici reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq (VİDEO)
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə cəlbedici reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

DİN-dən Qaynarinfo-ya verilən məlumata görə, sosial şəbəkədə və müxtəlif onlayn platformalarda tez-tez "brend məhsullar çox ucuz qiymətə satılır" kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür.

İlk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünür. DİN vətəndaşlara xəbərdarlıq edir ki, bu cür reklamlar əksər hallarda məşhur brendlərin adından istifadə etməklə etibar qazanmağa yönəlir.

Məhsullar real bazar qiymətindən xeyli aşağı təqdim olunur, "son fürsət", "məhdud sayda" kimi ifadələrlə insanlarda tələskənlik hissi yaradılır və düşünülməmiş qərar verməyə sövq edilir.

Bu tip halların əsas məqsədi isə vətəndaşların şəxsi məlumatlarını, xüsusilə bank kartı məlumatlarını ələ keçirməkdir.

"Şübhəli linklərə daxil olmayın, saytın ünvanını və etibarlılığını diqqətlə yoxlayın, alış-verişi yalnız etibarlı və tanınmış platformalarda edin, emosional təzyiq yaradan reklam və kampaniyalara aldanmayın. Belə hallarla qarşılaşdıqda həmin reklamlara reaksiya verməmək vacibdir. Əgər artıq hər hansı məlumat daxil edilibsə və ya şübhəli əməliyyat baş veribsə, vaxt itirmədən müştərisi olduğunuz banka və hüquq-mühafizə orqanlarına məlumat verin", - xəbərdarlıqda vurğulanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru