Bakıda 14 milyona təmir olunan bağ evi 10,5 milyona satılır - FOTOLAR
Dünən, 16:44
Bakıda 10 milyon 500 min manata bağ evi satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, satışa təqdim olunan bağ evinin təmirinə 14 milyon manat vəsait xərcləndiyi elanda qeyd olunub.
Elana əsasən, əmlakda açıq və qapalı hovuz, idman zalı, masaj otağı, tennis kortu və digər şəraitləri mövcuddur. Hər otaqda ayrıca qarderob və sanitar qovşağı yerləşir.
Bağ evi 10 sot torpaq sahəsində inşa olunub. Ümumi sahəsi 1300 kvadratmetr olan əmlak 10 otaqdan ibarətdir.