Türkiyədə çox sayda otel bağlana bilər - SƏBƏB

Dünən, 15:44           
Türkiyədə çox sayda otel bağlana bilər - SƏBƏB
Türkiyədə yanğın təhlükəsizliyi üzrə yeni normalara görə hotellərin bir hissəsinin bağlanması mümkündür.

Valyuta.az xəbər verir ki, bu barədə “Ekonomim” yazıb.

Qeyd olunur ki, yanvar ayında Türkiyədə otellərin açılması üçün lisenziya verilməsi və fəaliyyətinin davam etdirilməsi ilə bağlı qaydalar sərtləşdirilib. Buna səbəb yanğın təhlükəsizliyi qaydalarının yenilənməsi olub.

Turizm sektoru nümayəndələri nəşrə bildirib ki, 31 maya qədər müraciət etmiş, lakin yoxlama yükünün yüksək olması səbəbindən yanğın təhlükəsizliyi inspeksiyasından keçə bilməyən hotellərin lisenziyalarının saxlanılmasını xahiş edirlər.

Qanunvericilikdə dəyişikliklər 2025-ci ilin yanvarında Kartalkaya xizək kurortunda baş verən hadisədən sonra edilib. Həmin vaxt Grand Kartal otelində baş verən yanğında 130 nəfər xəsarət alıb, 78 nəfər isə xilas ola bilməyib.

Kartalkaya kurortundakı oteldə yanğın 21 yanvar gecəsi baş verib. İstintaq müəyyən edib ki, yanğına səbəb dördüncü mərtəbədə yerləşən restoranda 03:17-də (Moskva vaxtı ilə) baş verən alışma olub. Baş aşpaz elektrik qrilini işə salıb və nasaz termostatlar səbəbindən cihaz həddindən artıq qızıb. Qısaqapanmaya qarşı lazımi qorumanın olmaması qığılcım yaranmasına gətirib çıxarıb, nəticədə zibil konteyneri və qaz şlanqı alovlanıb və bu da genişmiqyaslı yanğına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru