Cümhuriyyətə xəyanət edərək onun süqutunda rol oynamış şəxslərin sonradan bəraət almaları ləğv olunsun

Bu gün, 07:14           
Cümhuriyyətə xəyanət edərək onun süqutunda rol oynamış şəxslərin sonradan bəraət almaları ləğv olunsun
Mən çox istərdim ki, o vaxt Cümhuriyyətə xəyanət edərək onun süqutunda rol oynamış şəxslərin sonradan bəraət almaları ləğv olunsun. Kim mühakimə olunmayıbsa qiyabi də olsa yenidən məhkəmələri qurulsun.! Bəraətləri ləğv edilsin.! Niyə görə?!
Əvvəla dövlətə xəyanət ediblər. Daha sonra bu faktdır ki, Azərbaycan Respublikası Rusiya durduqca müstəqilliyi həmişə təhlükədə olacaq. Buna görə cəmiyyəti və müstəqil respublikanı qorumaq üçün 5-ci kolonun qarşısı qətiyyətlə alınmalıdır. Tarixdən ibrət dərsi almaq borcumuzdur.
M.Rəsulzadə:
- Sən bir güllə atmadan bütün millətimizi məhv etdin, Əliheydər, «tovarişlər» sənin özünü güllələyəndə mənim bu sözlərimi yadına salarsan !".
Çox çəkmir ki, Əliheydər Qarayev 1938-ci ilin 24 aprelində "əksinqilabçı millətçi mərkəzin işi" ilə əlaqədər olaraq güllələnir .
Maraqlıdır ki, rusları Azərbaycana gətirənlərin taleyi çox acı olub. Məsələn, elə aşağıda göstərilən şəxslər "tovarişlər" tərəfindən güllələnir, ən yaxşı halda isə gedər-gəlməzə, represiyaya göndərilirlər.
5-kalonun diqqətinə: bir də baxın. bu siyahını yenə də uzatmaq olardı...
Əsas öndə olanlar
1) Çingiz İldırım - kommunist, Azərbaycan Sovet rejiminin qurucularından və rəhbərlərindən biri, qurduğu rejim tərəfindən məhv edilmişdir;
2) Ruhulla Axundov - kommunist, Azərbaycanda Sovet rejiminin quruculuarından və rəhbərlərindən biri, qurduğu rejim tərəfindən məhv edilmişdir;
3) Əli Heydər Qarayev- kommunist, Azərbaycanda Sovet rejiminin quruculuarından və rəhbərlərindən biri, qurduğu rejim tərəfindən məhv edilmişdir;
4) Sultan Məcid Əfəndiyev - kommunist, Azərbaycanda Sovet rejiminin quruculuarından və rəhbərlərindən biri, qurduğu rejim tərəfindən məhv edilmişdir;
5) Qəzənfər Musabəyov- kommunist, Azərbaycanda Sovet rejiminin quruculuarından və rəhbərlərindən biri, qurduğu rejim tərəfindən məhv edilmişdir;
6) Mirzə Davud Hüseynov- kommunist, Azərbaycanda Sovet rejiminin quruculuarından və rəhbərlərindən biri, qurduğu rejim tərəfindən məhv edilmişdir;
7) Ayna Sultanova - kommunist, Azərbaycanda Sovet rejiminin quruculuarından və rəhbərlərindən biri, qurduğu rejim tərəfindən məhv edilmişdir;
😎 Həmid Sultanov-kommunist, Azərbaycanda Sovet rejiminin quruculuarından və rəhbərlərindən biri, qurduğu rejim tərəfindən məhv edilmişdir;
9) Vəli Xuluflu - kommunist, Azərbaycanda Sovet rejiminin quruculuarından və rəhbərlərindən biri, qurduğu rejim tərəfindən məhv edilmişdir;
10) Dadaş Bünyadzadə- Azərbaycan Sovet hökumətinin qurucularından, ilk rəhbərlərindən biri, qurduğu rejim tərəfindən məhv edilmişdir;
11) Məşədi Əzizbəyov - kommunist, Azərbaycanda Sovet rejiminin rəhbərlərindən biri, qurduğu rejim tərəfindən məhv edilmişdir.
Gəlin, sonuncunun üzərində bir az dayanaq. Maraqlıdır ki, göstərilən bu şəxslərin övladları kommunistlər tərəfindən yüksək qiymətləndirilib. Ovladlarını yüksək dövlət vəzifələrinə qədər çəkiblər. Misal olaraq Əliheydər Qarayevin yaxınlarını,Çingiz İldırımın nəvələrinin yüksək vəzifələrdə çalışdıqlarını misal göstərmək olar. Bu mənada M.Əzizbəyovun bu gün doğum günü olan oğlu Əzizağa (Əziz) Məşədi oğlu Əzizbəyovun da taleyi gülüb. Bundan başqa M.Əzizbəyovun nəvəsi Püstəxanım Əzizbəyova da yüksək vəzifələr çəkilib. O, hətda akademik olmaqla bərabər Azərbaycan Tarix Muzeyinin direktoru da olub.
Keçək Məşədi Əzizbəyovun oğlu Əziz Ağa Əzizbəyova. Əzizağa Əzizbəyov 27 aprel 1903-cü ildə Bakı şəhərində 26 Bakı komissarlarından biri olan inqilabçı Məşədi Əzizbəyovun ailəsində anadan olub Azərbaycan SSR Xalq Komissarları Soveti və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1941–1948), intendant xidməti general-mayoruna qədər ucalıb. (1944)
buna qədər isə o, 1919-cu ildən gəmiçilik idarəsində, 1920-ci ildən şəhər nəqliyyat ekspedisiya kontorunda, 1921–1922-ci illərdə isə Quba qəzasının Rustov kəndində komsomol təşkilatçısı vəzifəsində işləmişdir. Oradan Moskvaya, Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə ali təhsil almağa göndərilir. Xəstəliyinə görə təhsilini başa vurmamış, Bakıya qayıdaraq 1927-ci ilədək Dövlət Pambıqçılıq İdarəsində katib, Bakı Sovetində şöbə müdiri vəzifələrində çalışmışdır. 1927-ci ildə isə Azərbaycan Balıq Trestinə işə göndərilmişdir O, 1928-ci ildə balıq vətəgələrində ilk dəfə kommunist partiyası özəklərini təşkil etmiş, Azərbaycan K(b)P Quba Qəza Komitəsinin plenum üzvü, Xaçmazda isə partiya komitəsinin plenum və büro üzvü seçilir.
Əzizağa Əzizbəyov 1930-cu ildə Azərbaycan K(b)P Mərkəzi Komitəsində təlimatçı vəzifəsinə irəli çəkilmiş, bir neçə ay sonra isə Bakı balıq zavoduna direktor təyin olunmuşdur. 1933–1938-ci illərdə Azərbaycan Balıq Trestinin müdiri vəzifəsində işləmişdir. 1938-ci ilin iyun ayında Azərbaycan SSR xalq ticarət komissarı təyin edilmiş, 1941-ci ildən Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini (1946-cı ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini) vəzifəsində çalışır.
Əzizağa Əzizbəyov 1950-ci illərdə Soçi balıq kombinatının direktoru təyin olunmuş, sonralar isə Bakıya qayıtmışdır.[1] 1963-cü ildən ittifaq əhəmiyyətli təqaüdçü olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmiş, 2-ci çağırış SSRİ Ali Sovetinin və 1–3-cü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Ə. Əzizbəyovun dinc quruculuq və müharibə illərindəki xidmətləri "Lenin", "Qırmızı bayraq", "Qırmızı əmək bayrağı" (2 dəfə), "Qırmızı ulduz" ordenləri və medallarla təltif olunmuşdur.
Əziz Ağa Məşədi oğlu Əzizbəyov 24 iyun 1966-cı ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunub.
sözardı: Əzizağa Əzizbəyov 1948-ci ildə baş vermiş "Azərbaycan işi" ("Азербайджанское дело") kimi tanınan siyasi-maliyyə qalmaqalında əsas fiqurlardan biri olmuşdur. Balə ki, SSRİ Dövlət Nəzarəti Nazirliyinin apardığı yoxlama nəticəsində məlum olmuşdur ki, o, Nazirlər Soveti sədrinin müavini vəzifəsindən istifadə edərək Şüvəlanda dövlət vəsaiti hesabına şəxsi bağ evi tikdirmiş və təsərrüfat məhsullarını bazar qiymətinə sataraq şəxsi qazanc əldə etmişdir. SSRİ dövlət nəzarəti naziri Lev Mexlisin təqdimatına əsasən Əzizağa Əzizbəyov 1948-ci ilin may ayında vəzifəsindən azad edilmiş, partiyasından qovulması qərara alınsa da, sonradan bu, şiddətli töhmətlə əvəz edilmişdi.Əzizağa Əzizbəyov 1948-ci ildə baş vermiş "Azərbaycan işi" ("Азербайджанское дело") kimi tanınan siyasi-maliyyə qalmaqalında əsas fiqurlardan biri olmuşdur. Balə ki, SSRİ Dövlət Nəzarəti Nazirliyinin apardığı yoxlama nəticəsində məlum olmuşdur ki, o, Nazirlər Soveti sədrinin müavini vəzifəsindən istifadə edərək Şüvəlanda dövlət vəsaiti hesabına şəxsi bağ evi tikdirmiş və təsərrüfat məhsullarını bazar qiymətinə sataraq şəxsi qazanc əldə etmişdir. SSRİ dövlət nəzarəti naziri Lev Mexlisin təqdimatına əsasən Əzizağa Əzizbəyov 1948-ci ilin may ayında vəzifəsindən azad edilmiş, partiyasından qovulması qərara alınsa da, sonradan bu, şiddətli töhmətlə əvəz edilmişdi.
Baba Allahnəzərov
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru