İngilis şair lord Bayron barəsində nə bilirik?
Bu gün, 07:54

200 il əvvəl, 1824-cü il aprelin 19-da 36 yaşında Corc Qordon Bayron qəflətən vəfat edib.
Yunanların Osmanlı hökmranlığına qarşı üsyanının başlaması ilə ingilis romantik şairi həyatını Helladanın azadlığı uğrunda mübarizəyə həsr etmişdir. Yunanıstana gedərkən - Livorno limanında - Bayron Hötedən poetik mesaj alıb, böyük qoca Bayrona xeyir-dua verib və onu dəstəkləyib. Şair Bayron öz vəsaitindən istifadə edərək, Mussolonqiyə gəldikdə, türklərə qarşı döyüşmək üçün, bir dəstə topladıb. Ancaq hələ yunanlar türklərə hücum etməmişdən əvvəl, Bayron qızdırmaya tutulur. Onun vaxtsız ölümünə bütün Avropada yas tutulur. Bayronun xatirəsi Yunanıstanda milli matəmlə yad edilir.
Cəsəd Londonun Vestminster Abbeyində dəfn olunmaq üçün, Britaniyaya gətirilir. Ancaq son anda Bayronu "qeyri-sabit mənəviyyatına” görə günahlandıran ingilis isteblişmentinin əhəmiyyətli bir hissəsinin təzyiqi ilə bu plandan imtina edilir. . Nəticədə şair Hucknall şəhərindəki Müqəddəs Məryəm Maqdalena kilsəsinin ailə məzarlığında dəfn edilir.
Есмира Шукурова

