Rumıniya ilə birləşməyimiz Avropa İttifaqına daxil olmağımızı sürətləndirər - Moldova prezidenti

Bu gün, 08:08           
Rumıniya ilə birləşməyimiz Avropa İttifaqına daxil olmağımızı sürətləndirər -
Moldova prezidenti Maya Sandu deyib ki, ölkəsinin qonşu Rumıniya ilə birləşməsi Avropa İttifaqına (Aİ) daxil olmalarını sürətləndirə bilər.

Bunu Fransanın “Le Monde” nəşrinə müsahibəsində bildirib.

Lakin prezident əlavə edib ki, belə bir qərar yalnız referendumda vətəndaşların səs çoxluğu ilə qəbul oluna bilər.

Sandu bu ilin əvvəlində də Ruminiya ilə birləşməyin lehinə olduğunu, şəxsən özünün buna səs verəcəyini demişdi. O, bunu Moldovanın kiçik ölkə olması və Rusiyaya müqavimət göstərməsinin çətinliyi ilə əsaslandırmışdı.

Moldova hökuməti 2030-cu ilə qədər Aİ-yə üzv olmağı qarşısına məqsəd qoyub, lakin bunun üçün Rusiyanın müqaviməti fonunda çətin islahatlar həyata keçirməli olacaq. Moldovanın Rusiyayönümlü Sosialistlər Partiyası 2020-ci ilə qədər hakimiyyətdə olub.

Rusiya işğalına məruz qalan Ukrayna ilə də qonşu olan Moldova uzaq keçmişdə Rumıniyanın tərkibində olub, lakin İkinci Dünya Müharibəsi dövründə Sovet İttifaqı tərəfindən ilhaq edilib.

Moldova Sovet İttifaqı dağıldıqdan sonra, 1991-ci ildə müstəqilliyini qazanıb.

Ruminiya isə 2004-cü ildən NATO-nun, 2007-ci ildən Aİ-nin üzvüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru