ŞAH İSMAYIL XƏTAİ son 500 illik dövlətçilik tariximizdə adını əbədiyyən qızıl hərflərlə yazdırmış çox nəhəng dövlət böyüyümüz, Şahımızdır!
Bu gün, 12:38

İş yerində müdirinə, yaşadığı ərazidə sahə müvəkkilinə söz deyə bilməyənlər Şah İsmayıl Xətai barədə gözdənsalma kampaniyası aparır, hədyan danışırlar.
Özü də bunu sistemli şəkildə, illərlə təkrarlayaraq belə bir çəkidə olan dövlət başçısını, onun qurduğu dövləti-imperiyanı zorla farslara yamamağa, bağışlamağa çalışırlar.
Nəzərə alaq ki, Şah İsmayılın yaşadığı dövr 500 il bundan əvvələ təsadüf edir və onda tamamilə başqa ictimai- siyasi vəziyyət mövcud idi.
İndi baxaq, Şah İsmayıl barədə Azərbaycanın dövlət rəhbərləri nə deyib?
2018-ci ildə Şah İsmayıla həsr olunan “ Əbədiyyət xəzinəsi” sərgisinin açılışında İlham Əliyev Şah İsmayılı “ Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi, Azərbaycan dövlətçilik tarixinin ən görkəmli simalarından biri”adlandırıb.
Heydər Əliyev : “Şah İsmayıl Xətai Azərbaycan tarixində böyük dövlət xadimi, sərkərdə və şair kimi əbədi yaşayacaqdır”- deyib.
Elcibəy: “ Şah İsmayıl bizim ən böyük hökmdarlarımızdan biridir. Onun yaratdığı dövlət türk tarixinin ən qüdrətli dövlətlərindən olmuşdur”.
“ Səfəviliyin yaratdığı böyük bir arealda türk mədəniyyəti var və onun əleyhinə getmək olmaz”- deyib.
Rəsulzadə yazırdı: “ Şah İsmayılın qurduğu dövlət Azərbaycan tarixində ən qüdrətli dövlətlərdən biri olmuşdur”.
Topçubaşov Paris Sülh Konfransında və diğər beynəlxalq platformalarda Azərbaycanın qədim dövlətçilik ənənələrini təqdim edərkən Səfəvilər dövlətini Azərbaycanın tarixi dövlətçilik irsinin tərkib hissəsi kimi göstərib.
Ermənilərin Şah İsmayılın qıçı boyda bir dövlət başçısı olsaydı ona qızıldan heykəl qoyub, dünyada təbliğatını aparardılar.
Biz öz dövlət böyüklərimizə hörmət qoymalı, onlara qarşı qara piar aparanlara təpki göstərməliyik.
Bu istiqamətdə ortaya obyektiv mövqe qoyan tarixçilərimizə təşəkkürümü bildirirəm.
Şah İsmayıl Xətai son 500 illik dövlətçilik tariximizdə əbədiyyən adını qızıl hərflərlə yazdırmış şok nəhənğ dövlət böyüyümüz, Şahımızdır!
Elşad Musayev
Millət vəkili

