Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!

Bu gün, 07:44           
 Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
Bir neçə gün əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev vətəndaşlarla növbəti qəbulunu keçirib.

TEREF Manset.az-a istinadən xəbər verir ki, 7-ci mikrorayonda baş tutan görüş kuryoz hadisə ilə yadda qalıb.

Belə ki, iddiaya əsasən, icra başçısı ilə görüşə vətəndaşların əvəzinə Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları gətirilib. Hətta iki nəfər süpürgəçi də qəsəbə sakini kimi təqdim olunublar.

Məlumata görə, sonradan sosial şəbəkələrdə 7-ci mikrorayon sakinləri buna etiraz edərək görüşün onlardan xəbərsiz keçirildiyini, onların əvəzinə isə "JEK" əməkdaşlarının iştirak etdiyini sərt tənqid ediblər. Onlar çıxış edən həmin süpürgəçilərin də adıçəkilən ərazidə yaşamadığını iddia ediblər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bu barədə məlumatı təkzib etməyib:

"Mən sizdən xahiş edirəm ki, bizim İctimai-siyasi və humanitar məsələlər sektoru ilə əlaqə saxlayın. Onlar buna cavab verə bilməsələr, məndən soruşacaqlar. Mən də hansı məlumat lazım olsa, bildirəcəyəm".

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru